Həsən bəy Zərdabi “Kaspi” qəzetinin 1900-cü ildə çap olunan 21-ci
nömrəsində nəşr etdiyi “İnsanın həyatında işıq” adlı məqaləsində
yazır: “Təbiət elə bir xəzinədir ki, burada insanlar üçün nə qədər
istəsən, ibrətamiz və faydalı şeylər var. Günəş işığı, təmiz hava
və təmiz su - bunlar həmin amillərdir ki, onsuz Yer üzərində həyat
ola bilməz, həm də bunlar təbiətin sağlamlaşdırıcı qüvvələridir”.
“...Vilayətimizin ab-havasının dəyişməsinə səbəb meşələrin
azalması olduğundan gərək təzədən meşə salaq”.
Səməd Vurğunun misraları ilə Həsən bəy Zərdabinin dedikləri
arasında hansı məntiqi bağlılıq vardır? Hər iki mütəfəkkirin
fikirlərinə münasibət bildirin.
Filosof Əbu Turxan belə hesab edir ki, insan həqiqəti öyrənmək
üçün təbiətin dilini öyrənməlidir.
Sizcə, “təbiətin dili” dedikdə nə nəzərdə tutulur? Təbiətdə hansı
həqiqətlər gizlənibdir? O həqiqətləri öyrənmək üçün biz nə
etməliyik?
Bölmədə tanış olacağınız mətnlər vasitəsilə oxuduğunuz və
eşitdiyiniz fikirləri təsdiq etməyə çalışın.