Verilir 1969-cu il mayın 1-də anadan
olmuş, azərbaycanlı, ali təhsilli Vahabova
Lətifə Uğur qızına ondan ötrü ki, 1992-ci
ildən___№-li məktəbdə Azərbaycan dili və
ədəbiyyatı müəllimi işləyir.
İşlədiyi müddətdə özünü yaxşı mütə-
xəssis kimi göstərmişdir. Yüksək peşəkar-
lığı, mənəvi keyfiyyətləri, işinə obyektiv və
şəffaf yanaşması, kollektivlə səmimi mü-
nasibəti ona dərin hörmət qazandırmışdır.
L.Vahabova məktəbin ictimai həyatında
fəal iştirak edir. Daim peşəkarlığının artırıl-
ması istiqamətində çalışır.
Təvazökardır, vətənpərvərdir. Siyasi cə-
hətdən savadlıdır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri__
Azərbaycan dili və ədəbiyyatı müəllimi Va-
habova Lətifə Uğur qızı uzun müddətdir ki,
__№-li məktəbdə çalışır. Bu günlərdə onun pe-
daqoji fəaliyyətinin 30 illiyi tamam olur.
L.Vahabova məktəbdə çalışdığı müddət ər-
zində özünün
pedoqoji fəaliyyəti ilə digərlərin-
dən fərqlənmiş, gənc
müəllimlərə metodik kö-
məyini əsirgəməmişdir. Şagirdləri
dəfələrlə fənn
müsabiqələrinin, bilik yarışmalarının, olimpia-
daların
qalibləri olmuşlar.
Bunları nəzərə alaraq, L.Vahabovaya res-
publikanın
“Əməkdar müəllim”i fəxri adı veril-
məsi üçün aidiyyəti
təşkilatlar qarşısında mə-
sələ qaldırmağınızı xahiş
edirəm.