7II DÜNYA MÜHARİBƏSİ başladıqdan üç il sonra D.Hodgkin yeni araşdırmalara maraq göstərir. O, Aleksandr Fleminq tərəfindən 1928-ci ildə kəşf edilmiş penisillinin tədqiqinə başlayır. Məlumdur ki, müharibə illərində bakteriyaların törətdiyi infeksion xəstəliklərin müalicəsi üçün belə bir preparata olduqca böyük tələbat var idi. Lakin penisillinin kimyəvi tərkibi, demək olar ki, naməlum qalmışdı. Bu səbəbdən onun sintezi və kütləvi istehsalı qeyri-mümkün idi. Belə çətin və mürəkkəb elmi kəşfə məhz Doroti Hodgkin (imza atdı, qol çəkdi).
8Penisillinin kristallarına müxtəlif tərəflərdən rentgen şüaları buraxmaqla fotolövhələrdə qeydiyyata alınmış nümunələrin difraksiyası müəyyən edilir və kristal şəbəkədə əsas atomların yerləşməsi hesablanaraq tapılır.
91948-ci ildə xanım Hodgkin anemiyanın qarşısını alan B12
vitamininin öyrənilməsi
üçün rentgenostruktur
analiz tətbiq edir. Bu za-
man o, hesablamaların
aparılması üçün kompüterdən
10Əldə etdiyi bu nailiyyətindən bir neçə il sonra D.Hodgkin 1947-ci ildə LONDON KRAL CƏMİYYƏTİNİN üzvü seçilir.
111964-cü ildə “Rentgen şüalarının köməkliyi ilə bioloji aktiv maddələrin strukturunu müəyyən etdiyinə görə” D.Hodgkin kimya üzrə Nobel mükafatına layiq görülür.
12Artrit xəstəliyindən əziyyət çəkən Doroti Hodgkin səhhətindəki problemlərə baxmayaraq, insulin hormonunun tədqiqatını da davam etdirirdi. Bu tədqiqat düz 40 il davam edir və nəhayət, 1972-ci ildə o, Zn - insulin analizini tamamlayır.