“Hər millətin tərəqqisi və fəaliyyətinin
başlıca amili elm və əxlaqdır".
1
Dünyanın ən nüfuzlu mükafatlarından
olan Nobelə layiq görülənlər sırasında qadınların
sayı 0 qədər də çox deyil. Lakin qadınların
layiq görüldüyü mükafatlar elmin bir çox sahələrini
əhatə edir. Kimya elmi sahəsində 1964-cü
ilin Nobel mükafatçısı Britaniya vətəndaşı Doroti
Meri Kroufut Hodgkin olmuşdur.
2
Protein kristalloqrafiyası elm sahəsinin
qurucusu Doroti Meri Kroufut Hodgkin 12 may
1910-cu ildə Qahirədə dünyaya gəlib. Atası
klassik ingilis filologiyası üzrə tanınmış mütəxəssis,
anası isə Sudanın florasını təsvir etmiş
istedadlı botanik olmuşdur.
31921-ci ildə Doroti SER CON LEMAN QRAMMER məktəbinə daxil olur. Burada oxuyan zaman müəllimləri onun elmə olan hədsiz marağını müşahidə edirlər.
4Hələ kiçik yaşlarından Dorotinin elmə marağını ən çox dəstəkləyən onun anası idi. Təsadüfi deyil ki, U.Q.Breqqin məktəblilər üçün yazdığı, kristallarda rentgen şüalarının difraksiyasından bəhs edən “Əşyaların özəlliyinə dair” kitabını da Dorotiyə anası hədiyyə etmişdi. Məhz bu kitab hələ (uşaq, körpə) yaşlarından kimyanı ona sevdirmişdir.
5Əsas təhsilin mükəmməlliyi Dorotini universitetə çox yaxşı hazırlamışdı. O, ali təhsilinə 1932-ci ildə Oxford Somerville kollecində (başlamaq), buranı bitirdikdən sonra isə Kembricdə Con Desmond Bernalın yanında təhsilini (davam etdirmək). Elmi sahədə Dorotiyə yol göstərən C.D.Bernal öz dövrünün tanınmış alimlərindən idi. D.Hodgkin Bernaldan danışarkən ona “müdrik” deyə xitab edər, bu tanınmış alimə daim heyranlıq duyduğunu dilə gətirərdi.
6Kolleci bitirdikdən sonra C.D.Bernalla KEMBRİC UNİVERSİTETİNDƏ işləmək imkanı qazanır. Dorotinin Bernalla işbirliyi zülal kristallarının rentgenostruktur analizi sahəsində böyük uğurlara gətirib çıxarır. Onlar 1934-cü ildə zülalların monokristal analizi metodunu işləyib hazırlayırlar.