1907-ci ilin 29 noyabrında "Kaspi" qazetində çap edilmiş məqalədə
H.Zərdabinin
bu cəmiyyətin işinə böyük ümid bəslədiyi göstərilirdi:"... Həsən
bəy ölərkən dedi: Siz-
dən xahiş edirəm, mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin,
məni ən adi
qayda ilə sadəcə dəfn edin.Dəfn mərasimi üçün nəzərdə tutulan
bütün məxarici
müsəlmanlar arasında savadlanmağı yayan cəmiyyətin ixtiyarına
verin. Bu daha fay-
dalı olar".
1906-1907-ci illərdə Bakıda II dərəcəli “Səadət” məktəbi açılır.
Məktəbdə müəllim ha-
zırlamaq üçün axşam kursu da təşkil
edilmişdi. Fəal ziyalılardan Fərhad Ağazadə və Əli-
cabbar
Orucəliyev bu məktəbdə dərs deyirdilər. Məktəbdə yeni kitabxananın
açılmasına
böyük ehtiyac duyulurdu. Əjdər bəy Aşurbəyovun evində yerləşən
“Nicat” kitabxanasının
yerləşdiyi bina oxucuların gəlib-getməsi üçün lazımi şərait
yaratmırdı. Səadət məktəbi-
nin müəllimləri F.Ağazadə və
Ə.Orucəliyevin təklifi ilə “Nicat” kitabxanası ‘ Səadət mək-
təbinin
binasına köçürüldü. Burada kitabxana üçün münasib otaqlar ayrıldı.