XX əsrin əvvəllərindən başlayaraq, qabaqcıl Azərbaycan ziyalıları
milli mət-
buatın səhifələrində ardıcıl olaraq xalq maarifində və mədəni
tərəqqi işində ki-
tabxanaların böyük rolu və vəzifələri haqqında , xalqa xidmət edən
umumi kitab-
xanaların yaranmasının zəruriliyi haqqında məqalələr dərc
etdirirlər.
1909-cu ildə “Tərəqqi” qəzetində
“Nida” imzası ilə dərc edilmiş məqa-
lədə göstərilir:
“Tərəqqi və təkamül
üçün əvvəlcə maarifdən başlamalı-
yıq, maarif üçün də
əvvəlcə kitabxana-
lar ilə məktəblərimizi islah və tən-
zim
etməliyik”.
1906-cı ildə “İrşad” qəzetində “Ümumi
kitabxanalar” başlığı ilə dərc edilmiş mə-
qalədə ümumi
kitabxanaların əhəmiyyə-
tindən danışılaraq qeyd edilirdi
ki, Avro-
panın və Rusiyanın bütün mədəni şəhər-
lərində
zəhmətkeşlərə xidmət etmək üçün
ümumi kitabxanalar təşkil edilmişdir. Belə
kitabxanaların Azərbaycanda da təşkil
edilməsinin vaxtı gəlib çatmamışdırmı?
1906-ci ildə H.Z.Tağıyev başda olmaqla bir qrup ziyalı Bakı
qubernatoruna müraci-
ciət edir, "Nəşri-maarif" adlı xeyriyyə cəmiyyəti təşkil etmək
üçün icazə istəyir.Cəmiy-
yətin nizamnaməsində onun vəzifələri belə izah
edilirdi:"Cəmiyyətin ümdə məqsədi
Bakı şəhərində və tama quberniyasında sakin müsəlman camaatın
arasında elm
və maarifi və xüsusən ibtidai savadı ana dilimiz olan Azərbaycan
lisasında və rusca
nəşr etməkdir və hər qisim maarifin inkişafına köməklik etməkdir".
1906-cı ilin avqustunda bu cəmiyyətin adı dəyişdirilib “Nicat”
qoyuldu. Cəmiyyətə ziya-
lılar, br maarifçilər, mədəniyyət
xadimləri ilə yanaşı, H.Z.Tağıyev də maddi cəhətdən kö-
məklik
edirdi. 1914-cü ildə cəmiyyətin açdığı 13 məktəbdə 936 şagird, o
cümlədən 72 qız
təhsil alırdı.
“Nicat” xeyriyyə cəmiyyətinin fəaliyyətində xalqın
maariflənməsində və təhsilində mü-
hüm rolu olan xalq
kitabxana-qiraətxanalarının yaradılması, onların yeni
kitablarla, qəzet
və jurnallarla zənginləşməsi və oxuculara xidmət işinin təşkili
əhəmiyyətli yer tutmuşdur.
“Nicat” cəmiyyəti tərəfindən əsası 1905-ci ildə qoyulmuş “Nicat”
kitabxana - qiraətxanası-
nın yaranması üçün bir qrup
ziyalı Bakı general-qubernatoruna müraciət edib onun açıl-
masına
böyük çətinliklə də olsa, icazə ala bilmişdi. Qiraətxana indiki
Fəvvarələr bağında
yerləşirdi.
Bu qiraətxana 1906-cı ilin mart ayında Əjdər bəy Aşurbəyovun Quberniski (indiki Füzuli) küçəsindəki evinə köçürüldü.