5.
Mətnin əvvəlində verilmiş (səh. 42) şəkli şərh edin.
N.Gəncəvinin “Dünyada nə qədər kitab var belə” misrası ilə
başlayan aforizmini tapıb oxuyun. Aforizmlə şəklin üst-üstə
düşən məqamlarını deyin.
6.
Mətndə (səh. 42-43) hansı cümlələrdən sonra abzasın olmasına
ehtiyac vardır? Əgər mətndə (səh. 43) nömrələnmiş abzaslarda
dəyişiklik etsəniz, cümlələri hansı ardıcıllıqla düzərsiniz?
Fikirlərinizi əsaslandırın.
7.
Fəzlullah Rəşidəddinin fədakarlığı onun hansı mənəvi
keyfiyyətlərindən irəli gəlirdi?
8.
Ardıcıllığı şərh edin. Bu nə məqsədlə verilmişdir?
Fəzlullah
Rəşidəddin
Cəlil Məmməd-
quluzadə
Üzeyir
Hacıbəyli
Mirzə Ələkbər
Sabir
Bəxtiyar
Vahabzadə
-
ardıcıllığa kimlərin adını əlavə etmək istərdiniz və nə üçün?
9.
Diaqramı düzgün oxumaqla əsasında mətn (şifahi də ola bilər)
tərtib edin. Sizcə, hazırlayacağınız mətn statistik, yoxsa
faktoloji xarakterli olacaq? Hazırlayacağınız mətn hansı
üslubda olacaqdır? Niyə belə hesab edirsiniz?
AZƏRBAYCANDA KÜTLƏVİ KİTABXANALARIN SAYI
- Sizcə, diaqramı tam mətn hesab etmək olarmı? Niyə?
“Azərbaycan Respublikasının Milli Atlası’ndan