Dünyanın səkkizinci möcüzəsi adlandırılan İskəndəriyyə kitabxanası e.ə. III əsrdə Misir çarı II Ptolemey Filadelfin hakimiyyəti illərində yaradılmış və burada 700000 bükülmüş lülə şəkilli əlyazmalar saxlanılırdı. 273-cü ildə imperator Avrelian kitabxananı yandıraraq (məhv etmişdir, dağıtmışdır, yerlə-yeksan etmişdir).
1 Azərbaycanda da kitabxanaçılıq sənətinin tarixi qədim zamanlara qədər gedib çıxır. Qədim dövrdə bir çox kitablar tərcümə edilmiş, kilsə və məktəblərdə kiçik kitabxanalar təşkil olunmuşdu. Azərbaycanda İslam dininin yayılmasından sonra da məscid və mədrəsələrdə kitabxanaların yaradılması ənənəsi davam etdirilmişdir. Azərbaycanda ilk məscid və mədrəsə kitabxanaları Bərdə, Gəncə, Şamaxı, Naxçıvan, Ərdəbil, Təbriz, Beyləqan və s. şəhərlərdə yaradılmışdı. XII əsrdə Gəncədə fəaliyyət göstərən “Dar-əl kitab” adlı böyük bir kitabxanada bir çox Şərq ölkələrindən ən qiymətli əlyazma kitablar toplanmışdı. XIII əsrdə Təbrizdə Qazan xanın göstərişi ilə zəngin kitabxana təşkil etmək məqsədilə xüsusi bina tikilmişdir. Kitabxanaya dövlət kitabxanası statusu verilmiş və burada qiymətli elmi və dini əsərlərlə yanaşı, dövlət fərmanları, diplomatik məktublar və digər rəsmi sənədlər də toplanmışdır. Kitabxananın idarə olunması xüsusi kitabdar tərəfindən həyata keçirilmişdir.