“Bütün sahələrdə insan biliyinin böyük
hissəsi kağız üzərində, kitablarda - bəşəriyyətin
bu kağız yaddaşındadır”.
İnsan təxəyyülünün dəyərli məh-
sulu olan kitabxanalar
qədim əlyaz-
malardan tutmuş elektron resurslara
qədər bəşəriyyətin keçmiş və gələcə-
yini özündə yaşadan
bir məbəddir.
Buna görə də kitab toplusu, kitab-
xana insan nəslinin
yeganə və məhv
olunmayan yaddaşıdır.
İlk kitabxanalar antik dövrlərdə, müasir sivilizasiyanın beşiyi sayılan Şərqdə yaradılmışdır. Gil lövhələrin toplusu halında tapılmış ilk kitabxana eramızdan 2500 il əvvəl Babil şəhəri Nippurda yaradılmışdır.
1927-ci ildə alman alim-arxeoloqu Yulius Yordanın rəhbərliyi ilə Dəclə və Fərat çaylarının aşağı axarındakı təpədə fəal qazıntı işlərinə başlanılmışdır. Qazıntılar zamanı 3000 il əvvəl mövcud olmuş qədim Şumer şəhəri Uruk aşkara çıxarılmış, dağıntılar altından isə üzərində mixi yazılar əks olunmuş ən qədim gil lövhə tapılmışdır. Bunun ardınca aşkarlanmış Ur, Laqas və Nippur şəhərlərinin saray və məbədlərindən də çoxlu sayda müxtəlif ölçü və formada gil lövhələr götürülmüşdür. Nippur şəhərində 62 otaqda saxlanılan minlərlə, Laqaşda isə sistemləşdirilmiş və məzmununa görə (hissələrə bölünmüş, qruplaşdırılmış) 20-dən çox belə lövhələr tapılmışdır.
Söyüd və qamışdan hazırlanmış səbətlərdə saxlanılan bu ilk kitablar riyaziyyat, astronomiya, kənd təsərrüfatı, tarix, ədəbiyyat, qədim xəritələr və tikinti planlarının nadir məlumatlarını özündə (ehtiva edirdi, qoruyub saxlayırdı, mühafizə edirdi). Bu kitabxanalar çarlar, çinovnik, kahin, quldar, bir sözlə, dar çevrəni əhatə edən hakim elitanın nümayəndələrinə xidmət göstərirdi.