10.
Mətndə (səh. 36-37) mötərizədə verilmiş sözlərdən hansı
işlənməlidir? Niyə?
11.
Cümlədə işlətməklə
bacarıq, potensial, istedad, qabiliyyət
sözlərinin sinonim olub-olmadığını əsaslandırın. Bu sözlərdən
hansı yerinə görə termin kimi işlənə bilər? Nümunələrlə
fikirlərinizi əsaslandırın.
12.
Aşağıdakı cümlədə
təcrübə, istedad, qabiliyyət sözlərindən hansı biri
yazılsa, fikir dəqiq ifadə olunar?
-
Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni...ilə
birləşdirən, fikirlərini tətbiq edə bilən, onlardan
əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa
konkret fayda gətirən insanlar alimlərin sırasında
xüsusi yer tuturlar. (H.Əliyev)
-
Dünya qocaların........ və gənclərin əməyi sayəsində
idarə olunur. (F.Klinger)
-
.......... insanın işinə həmişə yaraya bilməz, çünki heç
bir hadisə eyni şəkildə iki dəfə təkrarlanmır.
(U.Çörçil)
13.
İctimai-siyasi proseslər dedikdə nə başa düşürsünüz.
14.
Sxemi şərh edin və fikirlərinizi əsaslandırın.
omonimdir
cəmiyyət
omonim deyil
-
Cəmiyyət sözü hansı halda böyük hərflə yazıla bilər?
15.
Son abzasda bütün hərfləri böyük verilmiş sözlər, əslində,
necə yazılmalıdır? Niyə belə hesab edirsiniz? Fikirlərinizi
əsaslandırmaq üçün hansı qaydanı əsas götürmək lazımdır?
16.
Buraya cəmi 38 oğlan şagird cəlb olunsa da, azərbaycanlı
uşaqlarla yanaşı, rus və digər millətlərdən olan şagirdlər
də təhsil alırdılar
cümləsində durğu işarələrinin işlənmə səbəbini aydınlaşdırın.
17.
6-cı abzasda (səh. 37) altından xətt çəkilmiş feillərin
sonluğu fərqlidir. Sizcə, hansı düzdür? Niyə belə hesab
edirsiniz?
18.
Mətndə altından xətt çəkilmiş cümlənin (səh. 37) quruluşunu
müəyyənləşdirin. Həmin cümləni sintaktik təhlil edin. Sonra
cümləni elə dəyişin ki,
sxeminə uyğun olsun.
19.
“Dəli Kür” filmindən Çemyayevskinin uşaqları məktəbə cəlb
etməsi hissəsinə baxıb filmin bu qəhrəmanı haqqında rəy yazın.