1.
Mətn əsasında (səh. 36-37) publisistik üslubun
xüsusiyyətlərini sadalayın.
2.
Aşağıdakı xüsusiyyətlərdən hansılar “Gəncə Müsəlman Qız
Məktəbi” mətninə aiddir?
A) Dolğun statistik məlumatlar mətnin dilini
ağırlaşdırır.
B) Mətnin dili sadə və anlaşıqlıdır.
C) Mətndə həm elmi, həm də publisistik üslubun
xüsusiyyətləri özünü göstərir.
D) Mürəkkəb cümlələrdən istifadə mətnin dilini elmi
üsluba yaxınlaşdırır.
3.
Mətnlə (səh. 36-37) bağlı fikirləri ya təsdiq, ya da təkzib
edin.
-
1860-cı illərin əvvəllərindən ortalarına qədər Gəncə
məktəblərində təhsil alan şagirdlərin sayı 781 nəfər
artmışdır.
-
38 oğlanın və 3 azərbaycanlı qızın oxuduğu ilk dövlət
məktəbinin əsası 1833-cü ildə qoyulmuşdur.
-
Gəncə şəhəri mətndə müxtəlif adlarla təqdim olunur.
-
Qadın azadlığı yolunda maneələrin aradan qaldırılmasında
həlledici addım mətbuata məxsus idi.
- Cavablarınızı əsaslandırın.
4.
XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərindəki
ictimai-siyasi vəziyyət haqqında topladığınız məlumata əsasən
“Gəncə Müsəlman Qız Məktəbi” mətnində təqdim olunan hadisələri
dövr baxımından təhlil edin.
5.
Azərbaycanda qadın məktəblərinin yaranması üçün başlıca səbəb
aşağıdakılardan hansılardır?
A) Maarifçilik hərəkatı
B) Xeyriyyəçilik fəaliyyəti
C) XX əsrin əvvəllərindəki ictimai-siyasi şərait
D) Qadın cəmiyyətlərinin təsis edilməsi
6.
Sizcə, nə üçün dövrün ziyalıları qadının təhsil almasını vacib
sayırdılar? Siz necə düşünürsünüz? İlk növbədə, kim təhsilli
olmalıdır: qadın, yoxsa kişi?
7.
Məhəmməd Hadinin
Məktəb nə demək? Xadimi-qüdsiyyəti-millət.
Məktəb nə demək? Baisi-ülviyyətü-şövkət.
Məktəb nə demək? Cilvəgahi-nuri-həqiqət.
Məktəb nə demək? Rəhbəri-irşadü-səadət
şeiri “Gəncə Müsəlman Qız Məktəbi” mətninə epiqraf ola
bilərmi? Siz hansını təklif edirsiniz? M.Hadinin şeirinin
dilini tədqiq edin. Onu “Ata nəsihəti” satirasının dili ilə
müqayisə edin. Hansı daha çətin anlaşılır? Bu nə ilə
bağlıdır?
8.
Məktəb həyata hazırlıq deyil, həyatın özüdür fikri
ətrafında fikir mübadiləsi aparın.
9.
XX əsrin əvvəllərində maneələrin qaldırılması yolunda nə üçün
məhz mətbuatın gücündən istifadə edilirdi? Sizcə, müasir
mətbuat problemlərin həlli yolunda hansı xidmətləri göstərir?