Bəsdir, ey oğul, boş yerə bu elmə çalışma,
Qanın tələf oldu!
Gündüz, gecə səy eyləyibən dərsə alışma,
Canın tələf oldu!
Bu şəhrdə çoxdur, görürəm, elm oxuyanlar,
Onlar nə tapıblar?
Divanədilər malını bu yolda qoyanlar,
Guya ki, yatıblar.
Çoxdur zərəri adəm üçün elm oxumağın,
Sən say və deyim mən:
Əvvəl bu ki, məktəbdə olur təlx damağın,
Ey dideyi-rövşən!
Bir də gözünün nuru gedib kor olacaqsan,
Canın da sağ olmaz.
Rəngin saralıb axırı rəncur olacaqsan,
Bağrında yağ olmaz.
(M. Ə. Sabir)
XIX əsrdə qız
məktəbləri açıldığı
halda, niyə XX əsrin
əvvəllərində Sabir bu
mövzuda şeir yazır?
Sizcə, həmin
dövrdəki hansı
ictimai-siyasi şərait
bu şeirin yazılması
üçün zəmin yaratdı?