15.
Mətndə tünd şriftlə verilmiş cümləni (səh. 30) məzmunca düzgün
yazın.
16.
Mətndə fərqləndirilmiş cümlənin (səh. 30) sintaktik quruluşu
haqqında fikir yürüdün. Cümlə düzgündürmü? Həmin cümləni sadə
cümlə şəklində yazın.
17.
Mətndə (səh. 30) 5-ci abzasda fərqləndirilmiş ifadəni daha
düzgün ifadə edin.
18.
Akademik sözünün vurğusunu dəyişin və hər ikisini
cümlədə işlədin. Məna fərqinə diqqət yetirin.
19.
Mətndə (səh. 30) hansı normanın tələbləri daha çox
pozulmuşdur? Niyə belə hesab
edirsiniz?
20.
Mətni (səh. 30-32) hissələrə bölərək Azərbaycan ədəbi dilinin
qrammatik normalarına uyğun hesab etmədiyiniz cümlələri seçib
düzgün yazın.
21.
Sizcə, “Hər uşağın ən yaxşı tərəfini üzə çıxarmaq” mətni
əsasında dialoq tərtib etmək olarmı?
22.
Sizcə, mətn (səh. 30-32) əsasında bədii üslubda mətn tərtib
etmək olarmı? Əgər olarsa, hansı ardıcıllığı gözləmək
lazımdır?
23.
Mətnin (səh. 30-32) qısa xülasəsini hazırlayın.
24.
Mətni sadələşdirin və yığcam şəkildə yazın. Bunun üçün, ilk
növbədə, faktları seçin, həmin faktlar əsasında yenidən mətn
tərtib edin. Yazdığınız mətni dərslikdəki mətnlə müqayisə
edin. Hansı fərqi gördünüz?
25.
“Azərbaycanda təhsil” haqqında məqalə hazırlayın. Azərbaycan
və Sinqapur təhsil sistemlərini müqayisə edin.
Plan:
1. Mövzuya dair məlumat toplayın.
2. Topladığınız məlumatları təhlil edin.
3. Şəxsi düşüncələrinizə əsaslanan fikirlərdən istifadə
edin.
4. Təqdimatınıza şəkillər əlavə edin.