1.
Mətnin adına münasibət bildirin.
2.
Nə üçün Sinqapur təhsil sistemində “Hər uşağın ən yaxşı
tərəfini üzə çıxarmaq” əsas deviz hesab edilir? “Ən yaxşı
tərəf’ dedikdə nə nəzərdə tutulur?
3.
Mətndə hansı suala cavab yoxdur?
-
Şagirdlər nə üçün ingilis dilini mütləq bilməlidirlər?
-
Sinqapur təhsil sistemi müəllimlər qarşısında hansı
tələbləri qoyur?
-
Hansı bacarıqlar şagirddə öz-özünə öyrənməni təmin edir?
-
Sinqapurda tədris planında mütləq şəkildə nə öz əksini
tapmışdır?
4.
Mətnin üslubunu müəyyənləşdirib onu aid olduğu üslubun
xarakterik xüsusiyyətləri baxımından təhlil edin və
fikirlərinizi əsaslandırın?
5.
Təsəvvür edin ki, sizə mətni oxuyub onun məzmununu qısa
şəkildə, yəni 4-5 cümlə ilə ifadə etmək tapşırılıb. Hansı
cümlələrdən istifadə etsəniz, məqsədəuyğun olar?
6.
Mətn əsasında müəllimlərin, şagirdlərin, valideynlərin hüquq və
vəzifələrini müəyyən edin?
7.
Azərbaycan təhsil sistemində aparılan islahatlar haqqında
məlumat toplayıb təqdimat hazırlayın. Təhsilimizin daha da
inkişaf etməsi üçün hansı təklifləri verərdiniz?
8.
İki qrupa bölünərək aşağıdakı diaqramlar əsasında mətn tərtib
edin..
ÜMUMİ TƏHSİL MƏKTƏBLƏRİNİN STRUKTURU
İbtidai
Ümumi orta
Tam orta
Xüsusi
XARİCİ ÖLKƏLƏRDƏ TƏHSİL ALAN AZƏRBAYCANLI TƏLƏBƏLƏR
Amerika Birləşmiş Ştatları
Almaniya
Belarus
Böyük Britaniya
Fransa
Rusiya
Türkiyə
Digər
"Azərbaycan Respublikasının Milli Atlası"ndan