6-cı sinfin sonunda bütün şagirdlərin akademik inkişafı ibtidai sinfi bitirmə imtahanı ilə qiymətləndirilir və onlar akademik öyrənmə tempi və qabiliyyətlərinə uyğun siniflərdə yerləşdirilirlər.
Orta təhsil səviyyəsində akademik irəliləyişindən asılı olaraq, şagirdlər ekspres, normal-akademik və normal-texniki kurslara daxil ola bilərlər. Orta təhsil aldıqları müddətdə şagirdlər hazırlıq səviyyələrindən asılı olaraq, bir kursdan digər kursa keçmə imkanı əldə edirlər.
Ekspres kurslarda oxuyan şagirdlər 6-8 fənndən Sinqapur - Kembric təhsil sertifikatı imtahanı və ya orta təhsilin sonunda “0” səviyyə imtahanı verirlər. Şagirdlər bir sıra fakültativ proqramlar arasından öz istəklərinə uyğun olanını seçə bilərlər. Onlar həmçinin informasiya - texnologiya, biznes və mühəndislik kimi fakültativ dərslərdə iştirak etmək imkanı da əldə edirlər. Bundan əlavə, orta məktəblərdə akademik göstəriciləri daha yüksək olan tələbələrə illik İP (inteqrasiya) dərsləri təklif edilir. Bu dərslərdə onların akademik biliklərindən başqa, özəl istedad və bacanqları da üzə çıxarılır.