Təhsil hər zaman inkişaf etmiş bir ölkə cəmiyyətlərinin ana sütunlarından olmuşdur. Bu qəbildən olan ölkələrdən biri Sinqapurdur. Bu səbəbdən Sinqapurda təhsilə çox ciddi yanaşılır. Valideynlər, şagirdlər, müəllimlər və siyasətçilər təhsilə yüksək pozitiv dəstək verməklə yanaşı, fərdi səviyyədə ciddi mütəxəssis kimi də təhsili dəyərləndirirlər.
Sinqapur təhsil sisteminin qarşısına qoyduğu başlıca məqsəd hər bir uşağın ən yaxşı tərəfini üzə çıxarmaq, istedadını kəşf etmək, potensialını reallaşdırmağa nail olmaq və onda həyatı boyu sürəcək öyrənməni inkişaf etdirməkdir. Effektivlik ölçü standartı isə hər uşağa geniş və dərin bünövrə qoyulmasını tələb edir.
“Hər uşağın ən yaxşı tərəfini üzə çıxarmaq” Sinqapur təhsil sisteminin devizinə çevrilmişdir. Bu məqsədə çatmaq üçün geniş əsaslı (akademik) və holistik təhsil, yüksək müəllimlik keyfiyyəti və informasiya? kommunikasiya texnologiyalarının inteqrasiyası başlıca vasitə hesab olunur.
Hədəfə çatmaq üçün Sinqapur təhsil sistemi uşaqları hər?tərəfli (holistik) təhsillə təmin edir. Holistik təhsildə şagirdlərə istər akademik, istərsə həyati vacib biliklər öyrədilir. Belə təhsil uşağın tam təhsil — tərbiyəsini əhatə edir, hansı ki, onun xarakterinin formalaşmasında özək rolu oynayır. Akademik biliklərlə yanaşı, təhsilin bu növündə fiziki, estetik, mənəvi, sosial bilik və bacarıqlar da tədris olunur.
İki?dillilik Sinqapur təhsil sisteminin çox önəmli xüsusiyyətlərindəndir. Bütün şagirdlər mütləq öz doğma dilləri ilə yanaşı, ingilis dilini də bilməlidirlər. Bu səbəbdən