7.
Hədəfməqsəd sözlərinin leksik mənalarını müəyyənləşdirin. Mətndəki hədəf sözü məqsəd sözü ilə əvəz edilə bilərmi? Niyə?
8.
Mətndə kursivlə verilmiş cümlələrdə (səh. 24) antonim sözləri müəyyənləşdirin.
9.
Məntiqinizə əsaslanıb boş xanaları tamamlayın.
qələbə
  • Mətndən bir neçə söz seçib sxemlərə uyğun yazın.
10.
Mətni (səh. 24) üslubi xüsusiyyətlərinə görə “Böyük ömrün dan yeri” mətni ilə müqayisə edin, fikirlərinizi ümumiləşdirin.
11.
Mətndən (səh. 24) aşağıdakı leksik mənalara uyğun sözləri seçin:
  • qeyri-adi, gözlənilməz, qəribə, anlaşılmaz bir şeydən doğan güclü təəssürat nəticəsində
    insanda əmələ gələn hal.
  • mühümlük, qiymətlilik, dəyərlilik, rol.
  • Rol sözünün ifadə etdiyi mənaları müəyyənləşdirin.
12.
Aşağıdakı izahlardan hansını ifadə edən söz mətndə (səh. 24) yoxdur?
  • bərk səthə dəyəndə geri sıçrayan elastik materialdan hazırlanmış bütöv və ya içiboş şar.
  • artilleriya silahlarının ümumi adı.
  • içinə müxtəlif əşyalar yığmaq üçün qarğıdan, qamışdan və s.-dən hörülən zənbil.
13.
Mütləq sözünü vurğusunu dəyişməklə tələffüz edin. Sözləri qrammatik mənalarına görə fərqləndirin.
14.
Mətndə (səh. 24) altından xətt çəkilmiş cümlədə durğu işarələrini bərpa etsəniz, cümlə hansı sxemə uyğun gəlir.
a) “V”, - m: “V?”
b) “V” -m: “V”
c) M: “v”, -“V”
d) M: “v”, - m, - “V”
  • 2-ci abzasda hansı sözdən sonra vergül işarəsi qoyulmalıdır? Niyə?
15.
Mətndə (səh. 24) hansı ifadələr dırnaq işarəsi içərisində olmamalıdır? Niyə?
16.
Mətndə ikinci abzasda (səh. 24) işlənmiş hansı cümlədə, adətən, qrammatik normanın pozulması halına yol verilir? Bu yanlışlıq nə ilə bağlıdır? Bu tipli cümlələrdə xəbər və mübtədanın düzgün uzlaşması üçün nəyə diqqət yetirmək lazımdır?
17.
Mətnin məzmununu (səh. 24) saxlamaqla özünüz də fərqli hekayə yazm.
18.
“Hədəfim...” sözü ilə başlayan cümləni tamamlayıb kiçik mətn tərtib edin.