Məhəmmədəli Mirzə(1872-1925) 1907-1909-cu illərdə İran şahı olmuşdur.Atası Müzəffərəddin şahın vəfatından sonra taxta çıxmış və qısa müddətli şahlığı dövründə iri torpaq sahiblərinin, feodalların mənafeyini müdafiə edərək inqilab əleyhinə qızğın mübarizə aparmaışdır.Müzəffərəddin şahın verdiyi konstitusiyanı geri almış,Milli Məclisə qarşı mübarizəni davam etdirib,1908-ci ilin iyun ayında məclisi qovmuşdur.
M.Ə.Sabir az sonra Məhəmmmədəli şah əleyhinə çıxış etmiş, onu "Məmdəli, Mədəli, Məndəli" və sair adlarla öz satirasının əsas hədəflərindən birinə çevirmişdir.
Mirzə Fətəli Mirzə Şəfinin yanına gedib ondan nəstəliq dərsi alırdı. Mirzə Şəfi Fətəlinin son dərəcə istedadlı olduğunu hiss edib bir gün ondan məqsəd və arzularının nədən ibarət olduğunu xəbər aldı. Fətəli cavab verdi ki, onun məqsədi molla olmaqdır. Buna cavab olaraq Mirzə Şəfi ona belə bir sual verdi: “Sən də bu mollalar kimi riyakar və şarlatanmı olmaq istəyirsən?”
Mirzə Şəfi qısa bir müddətin içərisində Mirzə Fətəlinin dünyagörüşünü tamamilə dəyişdirdi, rus dilini öyrənib dövlət idarələrində qulluğa girməyi ona məsləhət gördü. Molla Ələsgər Məkkədən qayıtdıqdan sonra qardaşı nəvəsinin dünyagörüşündə, əqidə və etiqadında yaranan dərin dəyişikliyi görüb onu Nuxada açılan “Qəza məktəbi”nə qoydu. Yaşı çox olduğu üçün o, məktəbdə ancaq birli oxuya bildi və yüksək bacarığı sayəsində rus dilini öyrəndi.
Molla Ələsgər 1834-cü ildə Mirzə Fətəlini Tiflisə gətirib, onu Şərq dilləri mütərcimliyinə təyin etmək və rus dilini öyrətməx üçün ona rəhbər ayırmaq xahişi İlə ozamankı canişin baron Rozenə ərizə verdi. Baron Rozen Molla Ələsgərin xahişini qəbul etdi. Mirzə Fətəli Qafqaz canişinliyi dəftərxanasında mütərcim təyin edildi və ömrünün axırına Kimi bu vəzifədə çalışdı.
O sakitləşə bilmirdi. Son zamanlar kimi dindirirdisə, sözü yerə düşürdü. Halbuki əvvəllər onun ağzından nə çıxsa idi, danışıqsız yerinə yetirirdilər. Gözü su içmədiyi adamları müxtəlif yollarla kənddən uzaqlaşdırırdı. Kimisini neft mədənlərinə işləməyə göndərir, kimisini Mingəçevirə, ya Daşkəsənə yola salırdı.Çalışırdı ki, bir oxla iki hədəf vursun: həm “nadinc adamlardan" canını qurtarsın, həm də rayonda sinəsinə döyüb desin ki, "mən öz kolxozumdan mədənlərə köməyə filan qədər adam vermişəm”.