İki il sonra Pakistanda kiçik bir şə-
hərdən zəng gəldi:
“Siz Muniba Ma-
zarisiniz? Burada kiçik bir oğlan uşağı
dünyaya gəlib. Onu övladlığa götür-
mək istərdinizmi?” Mən
çox xoşbəxt
idim və həmin uşağı övladlığa götür-
düm. O gün oğlum 2
günlük idi, bu
gün isə 6 yaşı var.
Bilirsiniz, əlil arabasında olma-
ğın ən pis cəhəti nədir?
İnsanlar düşü-
nürlər ki, belə vəziyyətdə olanlar di-
gərləri
tərəfindən qəbul edilməyəcək-
lər, çünki biz mükəmməl
insanların
dünyasında olan qeyri-mükəmməllərik. Beləliklə, qərara gəldim ki,
ictimaiyyət içində daha çox görünüm. Şəkil çəkməyə başladım. Bir çox
xeyriyyə kompaniyaları keçirdim. Pakistanın Milli Televiziyasına
qoşulmağa qərar verdim. BMT Pakistan qadınlar təmsilçiliyinin
Xoşməramlı Səfiri oldum. Bu gün qadın və uşaqların hüquqları uğrunda
mübarizə aparıram.
2015-ci ildə BBC-nin seçdiyi 100 qadından biri oldum. 2016-ci ildə
Forbes tərəfindən seçilən 30 gəncdən biri idim. Əgər siz özünüzü
olduğunuz kimi qəbul edirsinizsə, dünya da qəbul edir. Hər şey sizin
daxilinizdən başlayır. Həyat barədə fantastik xəyallarımız var:
“Planlarım belədir. Hər şey düşündüklərimizə, planlarımıza uyğun
olmalıdır”. Əgər elə olmursa, biz təslim oluruq. Mən heç bir vaxt
əlil arabasında olmağı arzulamamışdım. Həyat bir sınaqdır,
imtahandır.
İmtahanlar heç vaxt asan olmurlar.
Qorxmaq və ya ağlamaq təbii haldır. Ancaq təslimolma heç vaxt bir
seçim olmamalıdır.
Deyirlər ki, müvəffəqiyyətsizlik seçim deyil. Ancaq mən düşünürəm
ki, bu bir seçimdir. Əgər siz uğur qazana bilmirsiniz və
yıxılırsınızsa, qalxıb bir daha sınamalısınız, yolunuza davam
etməlisiniz. Aldığınız hər nəfəsin, hər anın və həyatınızın qədrini
bilin, yaşamadan ölməyin. Əsl xoşbəxtlik minnətdarlıq hissidir.
Minnətdar olun və yaşayın.
Muniba Mazaridən, ingilis dilindən tərcümə edən Vəfa Ələkbərova
- Fərqləndirilmiş cümlələrdə durğu işarələrini bərpa edin.
-
Altından xətt çəkilmiş cümlələrdə kəmiyyət şəkilçisinin düzgün
işlənib-işlənməməsi ilə
bağlı fikirlərinizi deyin, normaların pozulduğu məqamları
göstərin.
-
Mətn I şəxsin dilindən verilmişdir. Özünüzü bir jurnalist kimi
təsəvvür edin. Hadisələri
III şəxsin dilindən yazın. Sonra hər iki mətnin dil
xüsusiyyətlərini müqayisə edin. Fərq
yarandımı?
-
Tərcüməçinin işinə münasibət bildirin. Üslub baxımından hansı
cümlələri qüsurlu hesab
edirsiniz? Rəyin tələblərini nəzərə almaqla tərcümə işinə rəy
(şifahi şəkildə də ola bilər)
hazırlayın.
-
Munibanın həyat hekayəsinə münasibət bildirin. O bu çıxışı
ilə, əslində, insanlara nəyi
çatdırmaq istəyir? Bu məzmunda öyrəndiyiniz mətnləri
xatırlayıb müqayisələr aparın.
-
Mətn əsasında cədvəl tərtib edin (Munibanın çətinlikləri;
çətinliyin həlli yolu).