1.
Mətnin (səh. 24) giriş, əsas və nəticə hissələrini
müəyyənləşdirib fikrinizi əsaslandırın.
müəllimin şagirdlər və ataları ilə həyatdakı hədəfləri və
onların əhəmiyyəti barədə söhbət etmək təşəbbüsü
2.
Mətndə (səh. 24) hansı suala cavab yoxdur?
-
Şagirdin hansı cavabı müəllimin şagirdlərinə çatdırmaq
istədiyi fikirdir?
- Hədəflər bizə nəyi öyrədir?
-
Müəllim söhbətə nə üçün şagirdləri ilə bərabər atalarını
da dəvət edir?
-
Topu səbətə atmağın nə üçün mənası yox idi?
-
“Finiş xətti”ni görmək nə üçün əhəmiyyətlidir?
3.
Hansı fikir mətnlə səsləşir?
-
Həyatınız ağla gəlməyən bir sözdən, bir baxışdan və ya
hadisədən asılı ola bilər.
(J.B.Molyer)
-
İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı. (N.Gəncəvi)
-
Əgər bir hədəfiniz yoxdursa, o hədəfə necə nail ola
bilərsiniz? (E.Bono)
-
Hara getdiyini bilən adama bütün aləm yol verər.
(S.Cordon)
- Fikirlərinizi əsaslandırın.
4.
“Böyük ömrün dan yeri” mətninə əsasən Ü.Hacıbəylinin həyat
sxemini qurun.
hədəfi
istiqaməti
nəticəsi
-
Sizin həyatda hədəfiniz nədir? Bu hədəfə çatmaq üçün nə
edirsiniz? Həmin hədəfi
seçməkdə məqsədiniz nədir? Gözləntiləriniz nədir?
5.
Rast gəldiyiniz hadisələrdən nümunə gətirməklə mətnin
əvvəlində verilmiş epiqrafın düzgünlüyünü əsaslandırın.
6.
Mətndə ifadə olunan fikrə münasibət bildirin. “Əsl xoşbəxtliyi
məqsəd yaradır” fikri ətrafında müzakirə aparın. Bu fikirlə
razısınızmı? Niyə?