"Əgər həyatda hara gedəcəyinizi
bilmirsinizsə, nə edəcəyinizin heç bir
əhəmiyyəti yoxdur".
Şagirdlərimlə həyatdakı hədəfləri və onların əhəmiyyəti barədə söhbət etməli idim. Ancaq bu dəfə söhbətə təkcə şagirdlərimi yox, onların atalarını da dəvət etmişdim. Söhbət üçün səbəti olmayan bir basketbol salonunda toplaşmışdıq. Əslində, bu yer həyatda hədəfin nə qədər vacib olduğunu sübut etmək üçün ən yaxşı yer idi.
Şagirdlərdən biri əlində bir basket-
bol topu tutmuşdu. Onu yanıma çağır-
dan və əlindəki topu
“xəyali səbət”ə at-
mağı xahiş etdim. Şagird mənim bu
sözlərimə təəccüblənsə də, dediyimi etdi.
“Səncə top səbətə düşdümü?” - deyə soruşdum.
Məncə yox deyə şagirdim cavab verdi və sonra
da əlavə etdi Bir də əgər səbət yoxdursa topun sə-
bətə düşüb-düşmədiyini necə bilmək olar.
Əslində, o bu cavabı ilə mənim bu gün şagirdlə-
rimə
çatdırmaq istədiyim fikri də ifadə etmişdi. Təbii ki,
səbət yoxdursa, topu səbətə atmağın da bir mənası yox
idi.
Üstəlik, belə bir yerdə nə qələbədən, nə də
məğlubiyyətdən söhbət gedə bilərdi...
Həyat da belədir. Həyatda bir “oyun” oynamaq istəyiriksə, mütləq hədəflərimiz olmalıdır. Çünki hədəflər, ən azı, bizə “nə qədər məsafə qət etdiyimizi” və bundan sonra “nə qədər məsafə qət edəcəyimizi” göstərir. Başqa sözlə, qələbəyə nə qədər uzaq və yaxın olduğumuzu bilmək istəyiriksə, ilk növbədə, “finiş xətti ”ni görməliyik!