dilimizin səs quruluşuna uyğunlaşdırılması yolunda nə qədər cəhd
göstərilsə də, optimal variantın əldə edilməsi mümkün deyildir, bu
da onun nə vaxtsa dəyişdiriləcəyi ehtimalını gücləndirdi.
Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait
xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün
yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının
bərpasım zəruri etdi. Bu isə müvafiq qanun qəbul olunması ilə
nəticələndi. On ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan
əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə
təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan
Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin
tarixində mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram:
1.
Hər il avqust ayının 1 -i Azərbaycan Respublikasında Azərbaycan
Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilsin.
2.
Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 avqust 2001-ci il
-
Fərmandan hansı faktları topladınız? Həmin faktları
sistemləşdirib “Bilirsinizmi?” (fərqli başlıq da düşünə
bilərsiniz) başlıqlı məlumat hazırlayın. Hazırladığınız
məlumatı məktəb divar qəzetində yerləşdirin.
-
Mətn əsasında fərmanın işgüzar, yaxud rəsmi üsluba aidliyini
müəyyənləşdirin, fikrinizi əsaslandırın.
-
Aşağıdakı cədvəli tamamlayın.
Rəsmi üslub
İşgüzar üslub
xüsusiyyətləri
-
Yazdığınız xüsusiyyətləri "rəsmi və işgüzar üslubun oxşar və
fərqli cəhətləri" şəklində qruplaşdırın.