K | Kapelmeyster |
keçmişdə dirijora verilən ad
|
Kommunikasiya |
informasiya mübadiləsi, məlumatın hər hansı üsulla ünvana çatdırılması prosesi |
|
Komponent |
bir şeyin tərkib hissəsi, bir şeyi əmələ gətirən hissələrdən hər biri |
|
Kornet | nəfəsli musiqi aləti | |
Kristalloqrafiya | kristallar haqqında elm |
Q | Qamma |
1. Bir, yaxud bir neçə oktava daxilində qalxan, yaxud
enən səslərin ardıcıl sırası 2. Hər hansı bir yekcins,
lakin bir-birindən fərqli olan şeylərin, hadisələrin
ardıcıl sırası; bu və ya digər hadisələrin ardıcıl
surətdə dəyişməsi
|
Qamu | hamı | |
Qaynaq |
1. Bir şeyin qaynayıb çıxdığı yer; mənbə. 2. Metalda
qaynayıb (qaynaq olub) bitişən yer |
|
Qəndil | asma lampa |
M | Miniatür |
1. Qədim əlyazmalarında, kitablarda incə, rəngli şəkil
və ya bəzəkli iri hərf (yazı); 2. Zərif işlənmiş kiçik rəsm, şəkil |
Mərgümüş | kimyəvi element | |
Molekulyar | molekula aid olan | |
Muğam |
bir neçə hissədən ibarət vokal-instrumental və ya instrumental Şərq musiqisi |
|
Murad | arzu, istək | |
Mütəşəkkil | təşkil olunmuş, ciddi nizam və intizama tabe |
N | Nekroloq |
ölən adamın həyat və fəaliyyəti haqqında məqalə-
məlumat |
Not | 1. Hər hansı musiqi səsinin şərti qrafik işarəsi; 2. Musiqidə və ya mahnıda səsin özü; 3. Qrafik işarələrlə yazılmış musiqi əsərlərinin mətni; belə mətnlərdən ibarət dəftər, kitab və s. | |
Nüsxə | yazılı bir şeydən çıxarılan surətlərdən hər biri |