1. Azərbaycan tam hüquqlu və müstəqil dövlətdir. Zaqafqaziyanın
cənub
və şərq hissəsindən ibarətdir. Ali hakimiyyət Azərbaycan xalqına
məxsusdur.
2. Müstəqil Azərbaycanın siyasi quruluş forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) beynəlxalq birliyin bütün
üzv-
ləri, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə dostluq
əlaqələri yaradacaq.
4. AXC öz sərhədləri daxilində millətindən, dinindən, ictimai
vəziyyət və
cinsindən asılı olmayaraq, bütün vətəndaşlarına tam vətəndaşlıq
və siyasi
hüquqlar verir.
5. AXC onun ərazisində yaşayan bütün xalqların sərbəst
inkişafına şərait
yaradacaq.
6. Müəssislər Məclisi çağırılana kimi bütün Azərbaycanın idarəsi
başında
xalq səsverməsi yolu ilə seçilmiş Milli Şura və onun qarşısında
məsuliyyət
daşıyan Müvəqqəti hökumət durur.