“AZƏRBAYCAN ƏLİFBASI VƏ AZƏRBAYCAN DİLİ GÜNÜNÜN
TƏSİS EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN
FƏRMANI
Qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı dünya
sivilizasiyasına bir çox dəyərli töhfələr vermişdir. Onların ilk
nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsilə Qobustan
və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində
daşların yaddaşına həkk olunaraq günümüzədək yaşamışdır. Tarixi
faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən Azərbaycan
xalqı müxtəlif əlifbalardan istifadə etmişdir. İslamın qəbuluna
qədər olan dövrün yazılan ilə yaradılan bu qiymətli xəzinənin böyük
bir qismi məhv edilmiş, zaman keçdikcə həmin abidələrin qələmə
almdığı yazı şəkilləri unudulmuş və ya ərəb qrafikasına
keçirilmişdir. İslamın yayıldığı dövrlərdən isə xalqımız ərəb
əlifbasından istifadə yolu ilə min ildən artıq bir zaman ərzində
tariximizin ən yeni mərhələsinədək zəngin mədəni irs yaratmışdır.
Ərəb əlifbası yüz illər boyu geniş məkanda müsəlman Şərqi
xalqlarının ümumi yazı sistemi kimi formalaşmışdır. Böyük Azərbaycan
ədibləri, alimləri, mütəfəkkirləri islam mədəniyyətinin təşəkkül
tapıb inkişaf etməsində mühüm rol oynayaraq bəşər sivilizasiyasını
zənginləşdirmişlər. Lakin əsrlərlə müxtəlif xalqların mədəni
əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini
bütün dolğunluğu ilə əks etdirə bilməməsi, onun quruluşu və
xarakteri haqqında tam aydın təsəvvür yaratmaması XIX əsrin ikinci
yarısından etibarən Mirzə Fətəli Axundov başda olmaqla dövrün
mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində
düşünməyə vadar etmişdir. Bu, Azərbaycan xalqının həmin dövrdə
yaşadığı tarixi şəraitdən doğan zərurət idi. Öz qaynağım Avropadan
alan yeni dövrün maarifçilik hərəkatı Azərbaycan mədəniyyətinin
inkişaf istiqamətini müəyyənləşdirmiş və bu da yeni mədəniyyət
tipinə uyğun müasir əlifbaya olan ehtiyacı aktuallaşdırmışdır. XX
əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi və mədəni proseslərin
gedişatı mövcud əlifbanı daha münasibi ilə əvəz etmək ideyasını
meydana atmışdır. 1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında
yeni əlifba komitəsinin yaradılması, həmin komitəyə Azərbaycan dili
üçün latın qrafikalı əlifba tərtibinin tapşırılması yeni qrafikaya
keçilməsi yolunda atılmış ilk ciddi addım idi. 1923-cü ildən
etibarən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi.
1926-cı ildə keçirilmiş birinci Ümumittifaq Türkoloji qurultayın
tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən
Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi.
Qısa bir müddət ərzində latın qrafikasının işlədilməsi Azərbaycanda
geniş kütlələr arasında savadsızlığın ləğvi üçün olduqca əlverişli
zəmin yaratdı. Bütün bu nailiyyətlərə baxmayaraq, həmin əlifba
1940-cı il yanvarın 1-dən kiril yazısı əsasında tərtib edilmiş yeni
qrafikalı əlifba ilə əvəz olundu. Yarım əsrdən çox bir müddət ərzində
kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli
nümunələri yaradıldı. Lakin kiril qrafikasının dilimizin səs
quruluşuna uyğun gəlməməsi Azərbaycan ziyalılarını bu əlifbanın
təkmilləşdirilməsi yolunda mütəmadi iş aparmağa sövq etdi. Təcrübə
göstərdi ki, kiril qrafikasının