Azərbaycanda mart soyqırımını törətməklə erməni-bolşevik qüvvələri qarşılarına daha böyük məqsədlər qoymuşdular. Bunlardan ən əsası isə bütün Azərbaycanı işğal etmək idi.
Lakin 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, milli dövlətçiliyin bərpası, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması düşmənlərin bu planlarını pozdu.
1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı - Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı. 1918-ci il aprelin 22-də Zaqafqaziyanın müstəqil federativ respublika elan edilməsi bu ziddiyyətləri aradan qaldırmadı. Fraksiyalar arasında getdikcə güclənən çəkişmələr son nəticədə Seymin fəaliyyətini iflic vəziyyətinə saldı. Belə bir şəraitdə gürcülər Zaqafqaziya Seyminin tərkibindən çıxıb Gürcüstanın dövlət müstəqilliyini elan etmək qərarına gəldilər. 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi özünün buraxıldığını elan etdi və həmin gün Gürcüstanın müstəqilliyi bəyan edildi. Mayın 27-də Seymin müsəlman fraksiyası Azərbaycan Milli Şurasını yaratdı. Qızğın mübahisələrdən sonra Azərbaycanın dövlət müstəqilliyinin elan olunması haq-
1918-ci il mayın 28-də Milli Şuranın katibi
Həsən bəy Ağayev tərəfindən oxunan
istiqlal
bəy...nnaməsində deyilirdi: