“Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin
dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində
silinməz izlər
qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını
gücləndirməklə
respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin
hazırlamışdır”.
Bakıda bolşeviklərin və erməni partiyalarının əsas rəqibi
“Müsavat” idi. Bu partiya
Bakı Sovetini bərk narahat edirdi.
Martın 30-da Lənkərana yola düşmək ərəfəsində şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin bolşeviklər tərəfindən tərk-silah edilməsinə cavab olaraq şəhər məscidlərində toplanan müsəlman əhali müsadirə edilmiş silahların qaytarılmasını tələb etdi. Bolşeviklər bu tələbin yerinə yetiriləcəyini vəd etsələr də, həmin günün axşamı Bakıda ilk atəşlər açıldı. Azərbaycanlılara qarşı mart soyqırımı başlanana qədər özlərinin bitərəfliyini