Nar bayramı Azərbaycan ərazi-
sində, əsasən də, Göyçay
rayo-
nunda noyabr ayında, nar yığımı
vaxtı keçirilən bayram şənliyidir.
Nar bayramı ilk dəfə Azərbay-
can Respublikası
Mədəniyyət və
Turizm Nazirliyi və Göyçay Rayon
İcra Hakimiyyətinin birgə təşəb-
büsü ilə 3 noyabr
2006-cı ildə ke-
çirilmişdir.
Nar bayramında Göyçay
rayonunun ayrı-ayrı kəndlə-
rində yetişən nar növləri və
onlardan hazırlanmış məh-
sullar rayon mərkəzinə gəti-
rilir və şəhər meydanında
təşkil olunmuş sərgidə nü-
mayiş etdirilir. Şəhər mər-
kəzində
gənc idmançıların
çıxışları və konsert proqram-
larına tamaşa edilir.
Bayramların keçirilməsin-
də əsas məqsəd regionların
təbliği, mədəni və iqtisadi po-
tensialın nümayişi və turiz-
min inkişaf etdirilməsindən
ibarətdir.