Təsəvvür edin ki, sizə dərslik üçün “Azərbaycan mətbəxi”
mövzusunda mətn
hazırlamaq tapşırılmışdır.
184-185-ci səhifələrdəki materiallardan və şəkillərdən istifadə
edin. Əlavə mə-
lumatlar toplayın.
Mətn hazırlayarkən ədəbi dilin normalarına və yazınız üçün
seçdiyiniz üslubun
tələblərinə riayət edin.
Bəzən dolmanın, bozbaşın, pitinin guya erməni xalqına
məxsus olduğunu söyləyirlər. Ancaq məlumdur ki, xalqın
tarixi,
etnoqrafiyası, ilk növbədə, onun dilində yaşayır. Bu
yeməklərə
verilən adlar qədim Azərbaycan sözləridir.
Azərbaycanlıların qədim milli xörəyi olan dolmanın adı
əsl
Azərbaycan sözü olan doldurmaq feilindən götürülmüşdür.
Yəni bükümü ət qiyməsi ilə doldurmaq.
Bozartma, çığırtma, qovurma adlarının yaranması da bu
qəbildəndir.
Şaşlık sözü rus dilinə Azərbaycan sözü olan şişlikdən
keç-
mişdir. Şişlik dedikdə şişə keçirilmiş ət nəzərdə
tutulur.