Azərbaycan milli mətbəxinin tarixi də
elə xalqın tarixi qədər qədimdir. Bir çox
Azərbaycan xörəklərinin adına qədim ya-
zılı mənbələrdə,
səyyahların xatirələrində
rast gəlmək olur. Azərbaycan kulinariyası
öz tarixi kökləri və özünəməxsusluğu ilə
digərlərindən seçilir.
Azərbaycan xörəklərindən dolma,
bozbaş, bozartma, şişlik, çığırtma, xəşil,
plov, piti və s. qonşu xalqların kulinari-
yasına da daxil
olmuşdur. Eləcə də qonşu
xalqların bir çox xörəkləri azərbaycanlı-
lar arasında geniş
yayılmışdır.
Azərbaycanın milli xörəkləri keçmiş-
də mis qazanlarda və saxsı qablarda hazır-
lanarmış.
Azərbaycan milli kulinariyasını fərq-
ləndirən bir xüsusiyyət
də ondan ibarətdir
ki, bəzi milli xörəklər həm birinci, həm
də ikinci xörəyi əvəz edir.