“Azərbaycan mətbuatının inkişaf yolu” mövzusunda referat hazırlayın.
Bunun üçün:
1-ci addım
Mövzu ilə bağlı material toplanmalıdır.
Bir həftə ərzində:
Mətbuatın tarixi araşdırılır:
Mətbuatın yaradılması istiqamətində ilk addım
Milli mətbuatın bünövrəsi
XX əsrin əvvəllərində və sonlarında mətbuat
XXI əsrin əvvəllərində mətbuat (mətbu orqanlar ixtiyari
şəkildə seçilir).
2-ci addım
Ümumi təəssürat əsasında
ümumiləşdirmə aparılır.
Müəyyənləşdirilən problemlər qruplaşdırılır.
Faktlar və nəticələr ümumiləşdirilir.
3-cü addım
Sorğunun nəticələri ümumiləşdirilir.
Mətbuatla bağlı ümumi fikirlər, məqalələr, yazınızda sitat
kimi istifadə etmək üçün hikmətli fikirlər, aforizmlər toplanır.
4-cü addım
Referat yazmazdan əvvəl
plan tutun.