Cəlil Məmmədquluzadə bir dəfə Tiflisdə yolla gedərkən gənc bir oğlan onun cibinə girərək əlyazmalarını çıxarır. Demə, bu hadisəni polis uzaqdan görürmüş. Tez gəncin arxasınca qaçaraq onu yaxalayır. Cəlilin gəncə yazığı gəlir, elə polisin yanında ona yaxınlaşıb ərklə deyir:
- Sənə neçə dəfə demişəm ki, tələsmə. Niyə tələsirsən? Bir neçə gündən sonra jurnalda çıxar, oxuyarsan.
Sonra ərklə kağızı cavan oğlandan alır. Polis onların bir-birini tanıdığını zənn edib oradan uzaqlaşır.
Azərbaycanın ozamankı tarixi inkişaf səviyyəsində təsirli, münasib vasitələrdən birinin mətbu söz olduğunu H.Zərdabi duymamış deyildi. O, ana dilində qəzet nəşr etmək fikrinə hələ Qubada mahal məhkəməsinin katibi işlədiyi dövrdə gəlmişdi. Böyük Azərbaycan maarifçisi Abbasqulu ağa Bakıxanovun qardaşı tələb olunan maliyyə xərclərini öz üzərinə götürmüşdü. Zərdabi “Həyat” qəzetinin 28 dekabr 1905-ci il tarixli sayında “Rusiyada əvvəlinci türk qəzeti” məqaləsində yazır: “Hər kəsi çağırıram, gəlmir, göstərirəm, görmür, deyirəm, qanmır. Axırda gördüm ki, onlara haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus da, doğru söz. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur”.
“Əkinçi” qəzetinin nəşri ilə Azərbaycanda jurnalistika sistemi və nəsli formalaşdı, peşə prinsipləri yarandı. Qəzet Azərbaycan dilini rəsmi statusda öz fəaliyyətinin əsasına çevirdi. Maarifçilik ideyasının daşıyıcısı olan bu qəzet milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərdi. Milli mətbuat tariximizin “Əkinçi”nin nəşri ilə bağlanması tarixi reallıqları özündə əks etdirir. “Əkinçi” özündən sonra bir sıra milli mətbu nümunələrinin nəşrinə cığır açdı.
1891-ci ilin oktyabrında “Kəşkül” qəzeti bağlandıqdan sonra 12 il müddətində Azərbaycan türkcəsində qəzet və jurnal nəşri mümkün olmadı, milli ruhlu ziyalıların təşəbbüsləri fayda vermədi. Kamal Ünsizadənin, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Sultan Məcid Qənizadənin, Məmmədağa Şahtaxtlmın Qafqaz Canişinliyinə etdiyi müraciətlərə “yox” cavabı verildi. Qafqazda ruslaşdırma siyasətini həyata keçirən missioner İlimskinin hələ 1870-ci ildə rus olmayan əhalini ruslaşdır- maq planları anadilli mətbuat orqanlarının yaradılması ideyasının həyata keçirilməsinə sədd idi. Lakin Çar Rusiyasının yerli ləhcələri ədəbi dilə çevirmək yolu ilə əhalini ruslaşdırmaq siyasəti nəticəsiz qaldı. Xalq ana dilində maarifləndikcə özgələşmək əvəzinə, öz soy-kökünü, milli kimliyini anlamağa başladı.