1.
Poemanın bədii üslubda olduğunu əsaslandırın. Poemanı düzgün
oxumaq üçün bədii üsluba məxsus hansı cəhətə diqqət
yetirməlisiniz?
2.
Poemadan verilmiş parçadan istifadə etməklə Ü.Hacıbəylinin
niyə məhz Füzulinin “Leyli və Məcnun” poeması əsasında opera
yazmasını əsaslandırın.
3.
“Məni candan usandırdı...” qəzəli ilə B.Vahabzadənin
“Şəbi-hicran” poemasının dilini müqayisə edin. Hansı fərqləri
gördünüz? Fərqin səbəbini izah etməyə çalışın.
4.
B.Vahabzadəyə görə, Füzulinin dili muğam dilinə yaxındır. Siz
necə düşünürsünüz? Muğam haqqında məlumat toplayın. Hər hansı
bir muğamı dinləyin. Suala cavab verməyə çalışın.
5.
Bu fikirlərdən hansılar şeirdə yoxdur?
1. B.Vahabzadə Füzulinin alleqorik əsərlər yazmasına işarə
edir.
2. Füzulinin daxili aləmi şairin öz sözləri ilə açılır.
3. “Leyli və Məcnun” operasının Füzulinin poeması əsasında
yazılmasına işarə edir.
4. Füzulinin yaradıcılığı B.Vahabzadənin dili ilə təqdim
olunur.
5. Füzuli “Leyli və Məcnun” poemasını ana dilində yazdığına
işarə edir.
6. Füzuli muğamın ecazkar gücündən danışır.
A) 1, 2, 5, 6
B) 1, 2, 4
C) 2, 3, 4
D) 2, 4, 5, 6
E) 1, 5, 6
6.
Füzulinin “Leyli və Məcnun” poeması haqqında məlumatı kim
verir?
1. Füzulinin özü
2. B.Vahabzadə
7.
Məcnunu zamana üsyan yaratdı misrası ilə şair nə demək
istəyir? XVI əsrin tarixi-siyasi şəraiti haqqında məlumat
toplayıb suala cavab verin.
8.
Poemadan poetizmləri müəyyənləşdirib onların nə məqsədlə
işləndiyini deyin.
9.
19-cu səhifədəki fərmanı oxuyun. Sizcə, bu mətnin poema ilə
məzmun baxmımdan əlaqəsi varmı? Bu əlaqəni nədə görürsünüz?
Poema ilə fərmanın dil xüsusiyyətlərini müqayisə edin.