8.
Aşağıdakılardan biri
premyera sözünün leksik mənasıdır:
- Hər hansı bir sənət əsərinin ilk tamaşası.
- Hökmün obyekti haqqında deyilən fikir.
- Hər hansı bir qərarın giriş hissəsi.
9.
Nömrələnmiş oxlardan hansının istiqaməti düzgün göstərilmişdir?
opera
teatrda ifa olunmaq üçün instrumental
müsiqili dram əsəri
oxumaq , rəqs və danışmaqla
əlaqələndirilən musiqili səhnə əsəri
operetta
10.
3-cü abzasda (səh. 174) hansı cümlədə qrammatik norma
pozulmuşdur?
11.
4-cü abzasın (səh. 175) ilk cümləsində
sonlarından sözündən sonra vergülün düzgün işlənmə
səbəbini əsaslandırın.
12.
3-cü abzasda (səh. 174) göy rəngdə verilmiş cümlədə
Mirzə Cəlal Yusifzadə mürəkkəb adını yönlük halda işlədib
cümləm düzgün tamamlayın.
13.
Görkəmli ədib Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü ilə
1897-ci ildə Şuşada həvəskarlar tərəfindən böyük şair
Füzulinin "Leyli və Məcnun” poemasından “Məcnun Leylinin məzarı
üstündə ” musiqili səhnəciyi göstərildi
cümləsini elə dəyişin ki:
-
hadisənin zamanını bildirən söz məntiqi vurğulu olsun.
-
hadisənin kimin tərəfindən icra olunması məntiqi vurğulu söz
olsun.
14.
Şuşada göstərilən bu ilk tamaşa çox bəsit idi. Lakin
emosional cəhətdən tamaşaçılara təsir gücü böyük idi
cümləsini elə dəyişin ki,
+ sa da, +
sxeminə uyğun olsun.
15.
1,2, 5-10-cu abzaslar (səh. 174—176) üzərində iş aparmaq üçün
suallar tərtib edin.
16.
Mətndən əsas faktları seçib “Fədakar insanlar” mövzusunda yeni
mətn tərtib edin. Mətnin dilinin sadə və anlaşıqlı olmasına
çalışın.