9 1907-ci ildə Fransanın “Pate” şirkəti (bu, fransalı Pate familiyalı iki qardaşın şirkəti idi) Rusiyada qrammafon vallarını buraxan fabrik açmışdı. Bu valların diametrinin 6 sm-dən 50 sm-dək çatmasına baxmayaraq, onlar da birüzlü idilər, özü də iynə ilə yox, almaz ilə oxunardı. Bu şirkətdə də ilk dəfə səsini vala yazdıran Cabbar Qaryağdıoğlu olmuşdur.
10 “Sarı gəlin” mahnısı Azərbaycan muğam sənətinin yeddi əsas muğamlarından biri olan “Şur” muğamı üstündə yazılıb. Bundan əlavə, janr etibarilə “Sarı gəlin” uzun havadır. Uzun hava isə türk xalqlarının folklorunun tərkib hissəsidir. Azərbaycan Müəllif Hüquqları Agentliyinin İnformasiya sektoru “Sarı gəlin” haqqında yekun məlumat bildirib: “Azərbaycan Bəstəkarlar İttifaqının Mahnı şöbəsi “Sarı gəlin”in türk xalqlarının folklor üslubunda, sırf Azərbaycan mahnısı olduğunu dəlillərlə izah edib. “Sarı gəlin”də nəqərat yoxdur. Nəqəratın funksiyasını “Şur” muğamının “Şur-Şahnaz” şöbəsinə edilən modulyasiya icra edir. “Şur-Şahnaz” isə yalnız Azərbaycanda təşəkkül tapıb və “Şur” dəstgahının əsas şöbələrindən biridir”. Agentliyin məlumatında mahnının ritmi ilə bağlı izahda “Sarı gəlin”in ritminin bir çox Azərbaycan mahnıları ilə eyni olduğu göstərilir: “Bu ritm “Küçələrə su səpmişəm” xalq mahnısı, həmçinin “Mirzeyi”, “Vağzalı” oyun havalarının da ritminin əsasını təşkil edir. Bu və bu kimi elmi əsaslı faktlardan sonra tam məsuliyyətlə bəyan edirik ki, “Sarı gəlin” Azərbaycan mahnısıdır və türk xalqlarının üslubuna yaxındır”.