Milliliyimizi yaşadan hər bir sənət nümunəsini qoruyun. Onların yad əllərə düşməsinə imkan verməyin. Çünki hər bir sənət əsərində bizim kimliyimiz, keçmişimiz, tariximiz qorunub saxlanır.
M.C.Paşayevin “Bir gəncin manifesti” əsərindən Sona ananın məşhur aforizmini xatırlayın:
- “İtə ataram, yada satmaram!”
Əlinin zəhmətilə toxuduğu “Yusif-Züleyxa” xalçasını oğul toyuna hədiyyə etmək arzusu ilə yaşayan,
oğlunu həbsdən qurtarmaq üçün əlinin zəhməti ilə toxuduğu “Yusif-Züleyxa” xalçasını satmaq istəyən Sona ana.
Arzularının gerçəkləşməsinin, ümidlərinin reallığa çevriləcəyinin bir addımlığında olduğu halda, qəti qərar verən, alçalmayan və alçaltmayan, satmayan və satılmayan, xalqına məxsus cansız bir əşyanı yadlara verməyən Sona ananı.
Böyüklərimizdən nümunə götürün! Ağbirçəklərimizdən, ağsaqqallarımızdan, onların nəsihət və tövsiyələrindən nəticə çıxarın.