1.
Mətnin (səh. 166) adı ilə məzmunu arasında əlaqə varmı? Siz
mətni necə adlandırardınız?
2.
169-cu səhifədə verilmiş məlumatları mətnin (səh. 166) hansı
hissəsinə yerləşdirsəniz, mətn daha da təkmilləşər?
3.
Aşağıdakı xüsusiyyətlərdən hansılar mətn üçün (səh. 166-168)
xarakterikdir?
- aydınlıq - dolaşıqlıq
- faktikilik - emosionallıq
- dəqiqlik - qeyri-dəqiqlik
- konkretlik - mücərrədlik
- sadəlik - mürəkkəblik
- qısa - ətraflı
4.
Mətn (səh. 166-168) “Azərbaycan memarlığı” mətni ilə necə
səsləşir? Mətnlərin üslubu arasında oxşarlıq və ya fərq
görürsünüzmü? Hansı mətnin dili daha sadə və aydındır?
Niyə belə hesab edirsiniz?
5.
Azərbaycan xalçalarının dünyanın aparıcı muzeylərində
sərgilənməsi nə ilə bağlıdır?
6.
Mətndə (səh. 166-168) bu suallardan birinə cavab yoxdur:
A) Nə üçün Qarabağ xalçaları yumşaq xova malikdir?
B) Süjetli xalçalar hansı xalçalar hesab edilir?
C) Qazax, Quba və Şəki xalçaları 1872-ci ildə harada
nümayiş etdirilmişdi?
D) Xalçaçılıq sənətinin inkişafı hansı dövrə aid
edilir?
E) Xovsuz xalçaların əsas istehsal mərkəzləri hansı
şəhərlər idi?
7.
Mətnə (səh. 166-168) əsasən demək olar:
- Xalçaçılıq xalqın rəmzidir.
-
Xalçanın əsas istehsal mərkəzləri Şamaxı, Bərdə və Naxçıvan
olmuşdur.
-
Bir çox əcnəbi rəssamların əsərlərində Qazax xalçalarının
təsviri verilmişdir.
-
1872-ci ildə Moskvada Azərbaycan xalçaları qızıl medala
layiq görüldü.
- Qarabağ xalçaları 6 qrupa bölünür.
8.
Azərbaycanda hansı xalça məktəbləri olmuşdur? Sizcə,
aşağıdakılardan hansı cəhət xalçaçılıq məktəblərinin
qruplaşmasına səbəb olmuşdur?
coğrafi mövqe, naxış, kompozisiya, rəng, texniki
xüsusiyyətlər, ornament
- Mətnə istinad etməklə sualı cavablandırın.
9.
167-168-ci səhifələrdə verilmiş xalça rəsmlərinə əsasən
Azərbaycan milli naxışları haqqında danışın.
10.
“Bağçada güllər” xalq mahnısına qulaq asıb onu eyni adlı xalça
ilə əlaqələndirməyə çalışın. Sizcə, nə üçün xalçaya belə ad
verilmişdir?
11.
Mətndən xalçalarla bağlı faktları toplayıb “Bilirsinizmi?”
başlıqlı rubrika hazırlayın.
12.
“Xalçaçılıq sənəti dünən və bu gün” mövzusunda söhbət aparın.