1872-ci ildə Moskvada “Moskva-Politexnik” sərgisində və 1882-ci ildə “Ümumrusiya sənaye və incəsənət sərgisi”ndə nümayiş etdirilən Bakı, Quba, Şamaxı, Gəncə, Şəki, Qazax, Cavad qəzası, həmçinin başqa yerlərdən gətirilmiş xalçalar, xalça məmulatlarının ən yaxşı nümunələri qızıl, gümüş medallara layiq görüldü. 1872-ci ildə Vyanada (Avstriya), 1911-ci ildə Turində (İtaliya), 1913-cü ildə Londonda və Berlində təşkil edilmiş beynəlxalq sərgilərdə nümayiş etdirilən eksponatların əsas hissəsi Azərbaycandan aparılmış xalça və xalça məmulatlarından ibarət idi.
Qarabağ xalçaçılıq məktəbi də bunlardan biridir. Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə Qarabağ xalçaları sıx, hündür və yumşaq xova malikdir. Qarabağ xalçaları digər xalça növlərindən öz parlaq koloriti ilə seçilir. Onlar 4 qrupa bölünür: medalyonlu, medalyonsuz, namazlıqlar və süjetli.
Qarabağ məktəbində süjetli xalça-
çılıq özünəməxsus üslubda
inkişaf et-
mişdir. Qərbi Avropa rəngkarlığının təs-
virindən
azad olan bu xalçaçılıq sənəti
kökləri əsrlərin dərinliklərinə, xalqın
psixologiyasına gedib çıxan dekorativ
tətbiqi sənət təşkilinin əzəli bədii prin-
siplərini
bərqərar edirdi. Çoxfiqurlu
kompozisiyalarda motivlərin nəql şək-
lində təfsirindən
şüurlu surətdə imtina
edilməsi simvolikanın və həyat hadisə-
lərinin qrafik
şərhinin güclənməsi - bü-
tün bunlar Şimali Azərbaycan,
xüsusilə
Qarabağ xalçalarında ən xarakterik ciz-
gilər idi.