daş-qaşla bəzədilən xalça istehsalı
XVI-XVII əsrlərdə ənənəvi xarak-
ter almışdır.
Orta əsrlərdə qızıl-gü-
müş saplardan toxunan xovsuz
xalça-
ların əsas istehsal mərkəzləri Təbriz,
Şamaxı və Bərdə şəhərləri idi. Baha
başa gələn bu cür xalçalar "zərbaf"
adlanırdı. XVI əsrdə Azərbaycanda
olmuş ingilis səyyahı Antoni Cenkin-
son Şamaxıda Abdulla
xanın yay
iqamətgahındakı qızıl-gümüş saplarla
toxunulmuş xalça haqqında məlumat
verir. XVII əsr holland səyahətçisi
Yan Streyts qızıl saplarla toxunub Şa-
maxı hakiminin atının
üstünə salınan
çulun mirvari və qiymətli daş-qaşlarla
bəzədildiyini xəbər verir.
XIII-XIV əsrlərdə Azərbaycandan
xarici ölkələrə çoxlu xalça və xalça