Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Xalçaçılıq sənəti xalq sənətlərinin ən geniş yayılmış növü olmaqla yanaşı, həm də Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş, az qala, xalqın rəmzinə çevrilmişdir. Xalqımız tərəfindən sevilən incəsənətin bu növü əsrlərlə nəsildən-nəslə qayğı ilə ötürülmüşdür.
Qarabağ xalçaları və onun tarixi ermənilərin bu torpaqlarda nə qədər yad olduqlarını sübut etmək üçün ən bariz dəlillərdən biridir. Çünki xalçaçılıq da muğam sənəti kimi ermənilərə yad sahədir.
Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar çadırların, alaçıqların, habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşəməsində istifadə olunaraq eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edirdi. Arxeoloji materillara və yazılı mənbələrə əsasən, Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründə (e.ə. II minilliyin sonu - I minilliyin əvvəlləri) məşğul olmuşlar. Cənubi Azərbaycanın Maku şəhərindən tapılan gildən düzəldilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənqulu təpəsindən aşkar edilmiş qızıl camın (e.ə. I minillik) səthində - üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalça sənətinin
Sasanilər dövründə (III-VII əsrlər) Azər-
baycanda xalça
sənəti daha da inkişaf etmiş
və ipəkdən, qızıl-gümüş saplardan nəfis xal-
çalar
toxunmuşdur. Alban tarixçisi Musa Ka-
lankatlı (VII əsr)
Azərbaycanda toxunan ipək
parçalar və rəngarəng xalçalar haqqında məlu-
mat verir.
Qızıl-gümüş saplarla toxunan və