10.
Göy rəngdə verilmiş cümlədə informasiya sözünü
məlumat sözü ilə əvəz etmək olarmı?
11.
Məlumat və
informasiya sözlərinin leksik
mənalarını müəyyənləşdirin.
-
Təbiətdə və cəmiyyətdə bizi əhatə edən obyektlər, hadisələr,
onların xassələri, qarşılıqlı münasibətləri haqqında
xəbərlər yığımı olub onlara dair bilikləri çoxaltmaq məqsədi
daşıyır.
- Nəyinsə haqqında bilik və ya xəbərdarlıq
12.
Sıranı tamamlayın və yaşıl rəngdə verilmiş cümlədə nöqtələrin
yerinə onlardan hansı birinin işlənə biləcəyini söyləyin.
Çağ, ......., ......., ......., ....... .
-
Mətnin 2-ci və 3-cü abzaslarında bir-birinin sinonimi olan
sözləri tapın. Həmin cümlələrdə sinonimlər bir-birini əvəz
edə bilərmi?
13.
Mətnin (səh. 160-162) üslubunu müəyyənləşdirin.
14.
Mətndə tünd şriftlə verilmiş cümləni (səh. 161) düzgün yazın.
15.
Mətndə altından xətt çəkilmiş cümlələrdə (səh. 160-161) durğu
işarəsinin işlənməsində yanlışlıqları müəyyən edib seçiminizi
əsaslandırın.
17.
Müasir memarlıq haqqında danışın. “Bugünkü
memarlığımız dünənimizdən başlanğıc götür-
müşdür” mövzusunda şifahi nitq qurun.
18.
Təsəvvür edin ki, təsadüfən qədim bir tikilinin qalıqlarına
(geyim, alət, xalı və s.) rast gəlmişsiniz. Onun haqqında
əlaqədar təşkilata hansı yazılı sənədi təqdim edərdiniz? Onu
necə yazardınız?
19.
Mətndə adı çəkilən məskənlərin hər hansı biri haqqında ətraflı
məlumat toplayıb mətn tərtib edin. Hansı üslubda yazacağmızı
özünüz müəyyənləşdirin.
20.
Sizcə, min il bundan sonrakı bir dövrdə “Azərbaycan memarlığında
milliliyi yaşadan qeyri-adi üsluba və görünüşə malik tikililər
olmuşdur” mövzusunda söhbət aparılsa, hansı tikililərdən söhbət
gedə bilər?