E.ə. III minilliyin ortalarında cəmiyyətdə sosial bərabərsizlik artır, tayfa birlikləri yaranır, e.ə. III minilliyin II yarısında Kür-Araz mədəniyyəti son dövrünü yaşayır və insan cəmiyyəti öz inkişafında yeni pilləyə qalxır. Dairəvi evləri düzxətli planlaşdırması olan çoxotaqlı evlər əvəz edir. Bəzi məskənlər müdafiə divarları ilə əhatəyə alınır.
Eneolit çağında məhsuldar qüvvələrin inkişafı
izafi məhsulun yığılmasına gətirib çıxardı və tayfa-
qəbilə quruluşunun çökməsinə və cəmiyyətin təsər-
rüfat vahidi olaraq cüt ailənin önə çıxmasına şərait
yaratdı. Bu proses yaşayış evlərinin planlaşdırılma-
sında da öz əksini tapdı. Geniş qəbilə evinin yerinə
öz həyəti və təsərrüfat tikililəri ilə bir ailəyə hesab-