Neolitin naili..ətləri, tayfa-qəbilə quruluşunun çiçəklənməsi Eneolit çağında (e.ə. VI-IV minillik) insan cəmiyyətinin daha sürətli inkişafını təmin etdi. Azərbaycan üçün bu çağ oturaq əkinçiliyin və onunla bağlı olan maldarlığın zaman etibarilə uzunsürən olması ilə xarakterikdir. Naxçıvan yaxınlığındakı Kültəpə, Qazax rayonunda Qarğalartəpə kimi məskənlərin mədəni təbəqəsinin on metrlik qalınlığı bundan xəbər verir. Bu kimi çoxtəbəqəli məskənlərdə həyat yüzillər boyunca davam etmişdir.
E.ə. III minilliyin birinci yarısında ev heyvandarlığından yaylaq-köç heyvandarlığına