6.
Mətndə altından xətt çəkilmiş sözlərin düzgün leksik mənalarını
müəyyənləşdirin.
- Düşməndən qorunmaq məqsədilə düzəldilən səngər.
-
Dənizdə gəmilərin dura bilməsi üçün münasib olan kiçik
körfəz.
- Yer səthində olan müxtəlif kələ-kötürlük.
-
Geniş miqyasda hərbi əməliyyat, müharibə hazırlama və aparma
sənəti.
7.
Səhifə sözünün çoxmənalılığını əsaslandırın.
8.
İkinci abzasda altından xətt çəkilmiş cümlədə məqsədlər sözünü
onun sinonimləri ilə əvəz etmək olarmı? Niyə?
9.
Mətnin (səh. 156-158) dilini tədqiq edin, üslub baxımından
sadələşdirin.
-
4-cü abzasın sonuncu cümləsində ədəbi dilin hansı norması
pozulmuşdur? Həmin cümləni seçib fikrinizi əsaslandırın.
10.
Sxem əsasında cümləni təhlil edin.
Dörd istehkamlı qalanın memarlıq həlli ulduza bənzər plan
biçiminin və mövqe seçiminin incəliklə düşünülməsi və
hazırlanması baxımından birinci variantdan üstün idi.
- Mətndən bir neçə cümlə seçib sxem əsasında təhlil edin.
11.
“Bakı qədim şəhərdir” mövzusunda referat hazırlayın.