6 Bakı 1806-cı ildə rus imperiyasının tərkibinə daxil oldu və həmin andan etibarən orta əsrlərin yadigarı sayılan qala divarlarından kənarda şəhərin böyüməsi və inkişaf tarixində yeni bir səhifə açıldı.
Öz coğrafi mövqeyinə görə (şəhər Xəzər dənizinin qərb sahilində yerləşir) orta əsr Bakısı həm möhtəşəm buxtası olan dəniz limanı kimi, həm də Rusiyadan İrana gedən ticarət yollarının keçdiyi strateji məntəqə olaraq çox əlverişli mövqeyə malik idi. XVIII əsrin sonu XIX əsrin əvvəllərində aparılan rus-İran müharibələri çar hökumətindən Bakı qalasının gücləndirilməsini tələb edirdi. Bakının müdafiə qabiliyyətinin artırılması məqsədilə müxtəlif vaxtlarda iki şəhər istehkamı layihəsi işlənmişdi.