Bədii əsərlərdə fikrin qüvvətləndirilməsinə xidmət edən üslubi vasitələrdən biri də təzadlardır.
Sənətkar obrazların xarakterini göstərmək, anlayışlar, münasibətlər, hadisələr arasındakı ziddiyyətləri ifadə etmək üçün təzadlardan istifadə edir.Məsələn:
Bəzən insan həyatı ilə təbiət hadisəsi qarşılaşdırdır və güclü bədii təzad yaradılır. Məsələn:
Xitab müraciət bildirən söz və ifadələrdir. Lakin bəzən bədii ədəbiyyatda xitablar müraciətlə yanaşı, müəyyən üslubi funksiya da yerinə yetirir. Xitabın müxtəlif intonasiyalarla istifadəsi rəngarəng üslubi çalarlar, emosional münasibət ifadə edir. Məsələn, S.Vurğunun “Vaqif’ pyesində Xuramanın xəyanətinə Vaqifin verdiyi cavabda bir kinayə, nifrət vardır ki, bu da xitab vasitəsilə ifadə olunur:
Burada “vəfalı yarım" ifadəsi, əslində, “vəfasız yarım" anlamındadır.
Bədii xitab bəzən insan olmayan varlıqlara müraciətlə də işlədilir. Bu zaman bədii xitab obraz yaratmağa xidmət edir. Məsələn: