Bu, Azərbaycanın ən çox tanınmış şəhəridir. Bir çox adam
yaşayan, kərpic və əhəngdən yaxşı hörülmüş divarları olan gözəl
şəhərdir. Şəhərdən çoxlu kiçik çaylar axır. O, bağlar içindədir,
meyvə şəhərdə ucuzdur. Əl-Mausili
adlanan dadlı əriyi Təbrizdən başqa, mən heç yerdə
görməmişəm. 610 (1213)-cu ildə mən burada ərikdən
8 bağdad manı alıb qızıl ilə yarım habba (pul vahidi)
verdim.
Təbrizdəki evlər boyalı qırmızı kərpicdən və əhəng-
dən
tikilmişdir, onlar görünüşcə gözəldir. Onun uzunluq dərəcəsi
73°10', en
dərəcəsi isə 37°30'-dir.
Təbrizdə əba üçün, habelə silatin
(qızılı sapla işlənmiş ipək parça), xətai
(toxunma Çin parçası), ətlas və başqa parçalar
hazırlanır, buradan bütün gün-doğar və günbatar ölkələrinə
aparılır.
Tatarlar 618 (1221 )-ci ildə ölkəni tar-mar edərkən Təbrizə dəyməmişdilər. Şəhərin əhalisi onlarla razılığa gələrək onlara böyük bir məbləğdə pul vermiş, bununla da şəhəri dağılmaqdan qurtarmışdı.
Türkmənçay müqaviləsi Rusiya ilə İran arasında 1828-ci il fevralın 10 (22)-da Cənubi Azərbaycanda, Təbriz yaxınlığında Türkmənçay kəndində bağlanmışdır. Bu müqavilənin bağlanması ilə həmin dövlətlər arasında 1813-cü II 12 oktyabr tarixli Gülüstan müqaviləsi qüvvədən düşmüş sayılır.
Zaqafqaziya ölkələri Rusiyaya qəti şəkildə birləşdirilir (Naxçıvan və İrəvan xanlıqları da daxil olmaqla), Rusiya yeganə dövlət olmaqla Xəzər dənizində hərbi donanma yerləşdirmək hüququnu saxlayır. İran üzərinə gümüş pul ilə 20 milyon manatlıq təzminat qoyulurdu. Türkmənçay müqaviləsi ilə 1804-1813 və 1826-1828-ci illər Rusiya-İran savaşlarına son qoyuldu. Zaqafqaziya feodal-ara çəkişmələri kəsildi.