Azərbaycanın ən uzaq bucağında yerləşən şəhər. Bişmiş kərpicdən
və əhəngdən tikilmişdir, düzənlikdə yerləşir. Əl-lstəxrinin
yazdığına görə, Bərdə çox böyük şəhərdir. Mənə qalsa, bu, köhnə
yazıdır, çünki indi şəhərdən heç
nə qalmamışdır. Azərbaycanda mən Bərdədə ya-
şayan adamlar ilə görüşmüş və onları şəhər haq-
qında sorğuya tutmuşam. Onların deməsinə görə,
şəhər güclü şəkildə dağıdılmışdır və indi orada çox
az adam yaşayır. Orada yaşamaq qorxuludur, ka-
sıbçılıq,
ehtiyac göz qabağındadır, evlər dağıdıl-
mışdır, hər
şeydə talan izi qalmışdır.
Bərdə ilə bağlı Y.Həməvinin
və Əl-İstəxrinin dediklərində
hansı ziddiyyət və əkslik
özünü göstərir?
Bərdə nə gözəldir, necə qəşəngdir,
Yazı da, qışı da güldür, çiçəkdir.
İyulda dağlara lalələr səpər,
Qışını baharın nəsimi öpər.
O yaşıl meşəsi cənnətə bənzər,
Şən ətəklərinə bağlamış kövsər.
Söyüdlük çöllərə vermişdir zinət,
Ağ bağı elə bil həqiqi cənnət.
Qırqovul yuvası hər sərv ağacı,
Oxuyur kəkliyi, ötür turacı.
Səssizlik içində dincəlir
gülşən,
İndi o dərgahın taxtı alçalmış,
İpəyi, qumaşı küləklər çalmış.
Təzə nar gülləri tökülüb solmuş;
O narlar, nərgizlər dönüb toz olmuş.
İndisə yerində bu gözəl yurdun,
...Hərum adlanırdı bu yurd hər yerdə,
İndisə adına deyirlər Bərdə.
Bu mərdlər, gözəllər yurdunda inan,
Çox saysız xəzinə gizləmiş zaman.
Belə şux, sevimli gülşən harda var?
Harda var xəzinə saçan bu diyar?
N. Gəncəvi ilə Y.Həməvi-
nin fikirlərinə tarixi dövr
prizmasından münasibət
bildirin.
Nizami Gəncavi, “Şərəfnamə”dən, ixtisarla
-
Bərdə ilə bağlı mətnlərdə ziddiyyət, əkslik yaradan məqamlar
varmı?