Şirvan vilayətinin Dərbənd
dairəsində şəhərdir. Burada
neft quyusu var. O quyunun
yanında isə arası kəsilmədən
gecə və gündüz civə kimi qatı
ağ neft püskürən başqa bir
quyu vardır.
Mənim inandığım tacirlər-
dən biri mənə danışırdı ki, ora-
da öz-özünə yanan bir yer gör-
müşdür. Mən düşünürəm ki, 1 kimsə oraya od saldığından
gecəli-gündüzlü
yanmaqdadır, çünki torpağın tərkibi mineraldır...
Azərbaycanın ən çox tanınmış şəhərlərindən biridir. İslamdan qabaq ölkənin paytaxtı olmuşdur. Uzunluq dərəcəsi 80°, en dərəcəsi isə 36°33". Şəhər dördüncü iqlimdə yerləşir. Bu, çox böyük şəhərdir. Mən onu 617 (1220)-ci ildə görmüşəm...
Mən Ərdəbili tərk edib getdikdən sonra tatarlar şəhərə basqın
etmiş və
əhalisini qırmışlar. Tatarlar ilə şəhər əhalisi arasında bir
neçə döyüş olmuş-
dur və əhali özünü qoruya bilmiş, iki
dəfə onları şəhər
yaxınlığından qovmuşdur. Ancaq tatarlar üçüncü dəfə
qayıdıb basqın etdilər və şəhəri qoruyanlar artıq gücdən
düşdükləri üçün tatarların qarşısında dayana bilməyib
basıldılar.
Tatarlar şəhəri güclə ələ keçirib müslimləri qırdılar, gözə görünən bir kimsəni salamat buraxmadılar. Ancaq onlardan qaçıb gizlənə bilənlər canlarını qurtarmışdılar. Şəhəri köklü şəkildə dağıtdıqdan sonra tatarlar çıxıb getdilər, Şəhər isə uzun illər dəhşətli bir dağıntı içərisində qalmışdı və əhali yox idi. Ancaq indi şəhər özünün qabaqkı görünüşünə qayıtmış, hətta bir az daha yaxşı olmuşdur.