Dədə Qorqud deyir:
- Yurdumuzun başına çox bəlalar gəldi. Bu meydanda çox igidlərimiz qırıldı. Amma tamam qırılıb qurtarmadıq. Hələ varıq, olacağıq, qalacağıq, artacağıq.
Torpağın yurd, Vətən olması üçün iki şərt lazımdır. Biri odur ki, torpağı gərək əkib-becərəsən. İkincisi odur ki, gərək onu yağılardan qoruyasan. Torpağı əkib-becərməsən, qorumağa dəyməz. Onu qorumasan, əkib-becərməyə dəyməz.
...Qalx uca dağın başına, üç tonqal qala. Bir tonqal qalayanda elimiz şənliyə toplaşır,
“Bütün elmi yaradıcılığını Şərq tarixinə, folklor nümunələrinin araşdırılmasına həsr edən bir şəxs olaraq deyə bilərəm ki, "Dədə Qorqud" dastanı möhtəşəm bir əsərdir. Dastan haqqında ilk dəfə tələbə ikən eşitmişdim. Daha sonra həyat elə gətirdi ki, mən türklərin folklor nümunələrini araşdırası oldum - “Dədə Qorqud”la yaxından tanışlığım başladı. O gündən də belə bir mədəniyyət yaradan xalqa vuruldum. Təbii, hər bir xalqın yaratdığı mifologiya onun düşüncəsinin məhsulu, dəyərlər sisteminin təzahürüdür.
Tarixi-mifoloji Dədə Qorqud obrazı da bu cür dəyərləndirilməlidir. Bu eposda türklərin mübarizliyi, düşmənlə mübarizədə dönməzliyi, ailə institutuna nə dərəcədə önəm verdiyi aydın ifadə olunur. “Dədə Qorqud” dastanı mənimçün Şərqə, Şərq mədəniyyətinə daxil olmanın açarıdır”.